Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycançılıq ideologiyası və Heydər Əliyev - Milli ruhun qayıdışı

    Ramilə Sultan
    ADİA, politologiya tələbəsi

    Müasir Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyev bizə sadəcə bir ölkə deyil, bizi bir millət kimi ayaqda tutan sarsılmaz bir təməl miras qoydu: Azərbaycançılıq ideologiyası.
    Bu, sadəcə siyasi bir termin deyil. Bu, bizim Ana dilimizdir, minillik adət-ənənəmizdir. Bu, Azərbaycanın hər bir övladını dinindən, dilindən asılı olmayaraq eyni bayraq altında birləşdirən tolerantlıq və multikulturalizm mədəniyyətidir. Biz dünyaya sübut etdik ki, birliyimiz bizim ən böyük gücümüzdür.
    Ulu Öndərin ən böyük arzusu, qəlbindəki ən dərin nisgili Qarabağ idi. O, hər zaman inanırdı ki, biz o müqəddəs torpaqlara qayıdacağıq.
    O dahi şəxsiyyətin vəsiyyəti layiqincə yerinə yetirildi!
    Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, canından keçən müqəddəs Şəhidlərimizin qanı və hünərli Qazilərimizin qəhrəmanlığı sayəsində bu gün Qarabağda, Şuşada, Xankəndidə üçrəngli bayrağımız qürurla dalğalanır! Canımızdan can gedən o torpaqlar indi Zəfərimizin simvoludur
    Mən bir politologiya tələbəsi kimi qürur duyuram ki, biz bu böyük tarixin canlı şahidləriyik. Azərbaycançılıq ruhu bizi "Dəmir Yumruq" kimi birləşdirdi və bu gün o ruhla gələcəyimizi qururuq. Bizim gələcəyə inamımız tamdır, çünki arxamızda Heydər Əliyev yolu, yanımızda isə güclü dövlətimiz var.
    Və indi, Qarabağ azad ikən, bu sözlər daha uca daha qürurlu səslənir: Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!
    Yolumuz hər zaman işıqlı, bayrağımız daim uca olsun!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ