Sizin reklam burada
Sizin reklam burada
  • Arzu Nağıyevdən növbəti vətəndaş qəbulu

    Seçici probleminin həllini, vətəndaş məmnunluğunun təminini fəaliyyətinin əsas istiqaməti hesab edən
    105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən seçilən Milli Məclisin deputatı Arzu Nağıyev bu gün - 11 aprel 2026-cı il tarixində növbəti vətəndaş qəbulunu Tovuz rayonunun Qovlar şəhərində keçirib.

    "Atributinfo.az" xəbər verir ki, vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, torpaq, mənzil və digər məsələlərlə bağlı olub.
    Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini diqqətə çatdırıb.
    Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə millət vəkilinin qəbulları davam edəcək.
    Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləmək tövsiyə olunur.

    Bəradər Səməndərli
    "Atributinfo.az"








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ