Sizin reklam burada
Sizin reklam burada
  • Adil Əliyev dünya çempionu Bəhram Rəcəbzadəni təbrik edib

    Bu günlərdə Niderlandın Rotterdam şəhərində “Glory 99” turnirində qələbə qazanan Azərbaycanın tanınmış kikboksçusu Bəhram Rəcqbzadə Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevlə görüşüb. Adil Əliyev idmançını təbrik edərək, gələcək yarışlarda uğurlar arzulayıb.

    İcra başçısı Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan söz açaraq, ölkə rəhbərinə öz dərin təşəkkürünü çatdırıb.
    Bəhram Rəcəbzadə də bundan sonra da qürurla Azərbaycan bayrağını zirvələrə qaldıracağını bildirib.

    Qeyd edək ki, Azərbaycan Kikboksinq Federasiyasının milli yığma komandasının üzvü, İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya çempionu və Avropa çempionatlarının mükafatçısı Bəhram Rəcəbzadə aprelin 5-də Qran-Pri 32-lik turnirində niderlandlı Brian Douves adlı ağır çəkili idmançını nakaut edərək turnirin qalibi olub.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ