Sizin reklam burada
Sizin reklam burada
  • Balakəndə 31 Mart soyqırım qurbanlarının xatirəsi dərin ehtiramla anılmışdır

    1918–1920-ci illər Birinci Dünya müharibəsindən sonra yeni dünya düzəni quran, şəkilləndirən, başını ingilisin çəkdiyi kürəsəl güclər indilərə qədər gələcək, iki qütblü dünya üçün öncə çar Rusiyasının başına hazırladıqları Lenini bolşevikləri ilə birgə gətirərək Sovet kommunist sosialist dövləti yaratdı. Artıq yıxılmaq üzrə olan Osmanlı dövlətinə bağlı yerləri, əyalətləri o sırada yenicə müstəqilliyini elan etmiş Azərbaycan Demokratik Respublikasını da qanlı iğtişaşlarla, soyqırımla sovetlərin tərkibinə qataraq rusun nəzarətinə verdilər..

    Bu qanlı iğtişaşlardan biri Azərbaycanlılara qarşı törədilmiş 31 Mart soyqırımıdır. Əlbəttə ki, Azərbaycanlılara, ümumiyyətə Türkə qarşı törədilmiş hər hansı cinayəti, vəhşiliyi ermənisiz təsəvvür etmək, erməni iştirakı olmadan icra edildiyini görmək mümkün deyil. Bu soyqırımla milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edildi. Ermənilər evləri yandırır, insaniarı diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarliq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılırdı. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilirdi. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər insan (1.653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş; qətliam həyata keçirilmişdir...

    Bu gün, martın ayının 31-i 31 Mart soyqırımıqurbanlarının anım günüdür. Bu münasibətlə Balakəndə 31 Mart soyqırımı qurbanlarının anım tədbiri keçirildi. Tədbirdə rayon rəhbəri İslam Rzayev RİH kollektiviylə, hörmətli millət vəkili Nəsib Məhəməliyev, YAP Balakən rayon təşkilatı, hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət, bir sıra hökümət təşkilatlarıyla yanaşı, qeyri- hökümət təşkilatlarının nümayəndələri, şəhid ailələri, rayon ictimaiyyəti iştirak etdilər. Çıxışa ilk başlayan Rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev o ağrılı,acılı günlərdən danışaraq qan yaddaşımızı təzələdi..
    Millət vəkili Nəsib Məhəməliyev çıxışında 31 Mart soyqırımını əhatəli, geniş miqyasda ələ alaraq bunun sadəcə Azərbaycanlıra qarşı deyil, umumiyyətlə Türk dünyasına, birliyinə edilən təcavvüz, soyqırım olduğunu,Türk aləmini parçalamaq, biri-birindən ayırmaq, yer üzündən silmək məqsədi daşıdığını bildirdi. Bu gün də o pis niyyət, murdar əməl sahiblərinin dinc durmadığını, Türk Dövlətlərinin inkişaf etməsinin, irəli getməsinin, böyüməsinin qarşısında ciddi əngəllər yaratdığını, müdaxilələr etdiyini, türk dövlətlərini daxildən qarışdırmağa çalışdıqlarını nəzərə çatdırdı. Ulu öndər Heydər Əliyevlə işləmiş biri olaraq Heydər Əliyevin 31 Mart soyqırımını dünyaya tanıtmaq, ona hüquqi qiymət verilməsi, unudulmaması, xatirəsini ölkədə və dünyada əbədiləşdirmək yönündə gördüyü işləri xüsusilə vurğuladı.bBalakəndə ucaldılan 31 Mart soyqırım abidəsi respublikada ilk soyqırım abidələrindəndir. Bu abidə məhz Heydər Əliyeyin prezidentliyi, Nəsib Məhəməliyevin Balakəndə icra başçısı vəzifəsində işlədiyi zaman, ulu öndərin təşəbbüsü, Nəsib müəllimin icrasıyla ucaldılıb..

    31 Mart soyqırım qurbanlarının xatirəsini dərin ehtiramla anırıq.

    Bəradər Səməndərli
    "Atributinfo.az"









    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ