Sizin reklam burada
Sizin reklam burada
  • Elmir Bağırovdan növbəti səyyar görüş zamanı - Əliabad kəndində

    Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırovun növbəti səyyar qəbul-görüşü rayonun Əliabad kəndində keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Daha sonra Saatlı Rayon Icra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
    Səyyar görüş-qəbulda çıxış edən kənd sakinləri kəndlərinin mövcud problemlərindən danışmışlar.
    Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ildə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

    Bəradər,
    Zahir
    "Atributinfo.az"





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ