Sizin reklam burada
Sizin reklam burada
  • Musa Quliyevdən Prezidentə müraciət


    Möhtərəm cənab Prezident!

    Sizi ölkəmizin və xalqımızın həyatında mühüm tarixi hadisə olan Yeni Azərbaycan Partiyasının VIII qurultayının yüksək səviyyədə hazırlanması və keçirilməsi münasibəti ilə səmimi-qəlbdən təbrik edir, Sizə partiyamızın daha da güclənməsi, dövlətimizin qüdrətlənməsi, xalqımızın xoşbəxtliyi və firavanlığı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.

    Möhtərəm cənab Prezident, Sizin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı proqram xarakterli çıxışınız təkcə qurultay iştirakçıları deyil, bütün Azərbaycan vətəndaşları tərəfindən yüksək rəğbətlə və məhəbbətlə qarşılanmış, xalqımızda böyük ruh yüksəkliyi yaratmışdır.

    Qurultaydakı nitqinizdə Siz, cənab Prezident, regionda və dünyada gedən siyasi proseslərə dəqiq qiymət verərək, Azərbaycan xalqının qüdrətli Lideri kimi, dövlət və milli maraqlarımızın hər şeydən üstün olduğunu bütün dünyaya bəyan etdiniz və hər kəsə öz yerini göstərdiniz.

    Möhtərəm cənab Prezident, bir qurultay iştirakçısı kimi Sizi əmin etmək istəyirəm ki, Sizin çıxışınızda qeyd etdiyiniz prioritetlər – dövlət suverenliyimizi qorumaq, hərbi qüdrətimizi artırmaq, ideoloji təxribatların vaxtında qarşısını almaq, davamlı sülhə nail olmaq, azad Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirmək, güclü iqtisadiyyat yaratmaq, sosial ədaləti və vətəndaş rifahını daha da yüksəltmək kimi məsələlər hər birimizin fəaliyyətində yol xəritəsi və müqəddəs vəzifələr olacaqdır. 

    Biz ürəkdən inanırıq ki, cənab Ali Baş Komandanın polad iradəsi ilə Qarabağa və Şərqi Zəngəzura qayıtdığımız kimi yaxın vaxtlarda Qərbi Azərbaycandakı tarixi yurdlarımıza da qayıdacağıq.

    Möhtərəm cənab Prezident, çox hörmətli sədr, mənə göstərdiyiniz daimi diqqət, etimad və qayğınıza görə Sizə dərin minnətdarlığımı bildirir, dövlətimizin qüdrətlənməsi və xalqımızın xoşbəxtliyi naminə yorulmaz fəaliyyətinizdə Sizə yeni-yeni qələbələr arzu edirəm!


    Dərin hörmət və ehtiramla,

    Musa Quliyev,

    Milli Məclisin deputatı

    Azərbaycan Respublikası, Bakı şəhəri.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ