Oktyabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrlə bağlı partiya fəalları ilə “Yeni Azərbaycan Partiyası-Yeni mərhələdə” adlı müşavirə keçirilmişdir.
"Atributinfo.az" xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Azad Balayev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın əldə etdiyi tarixi Zəfərlərin yaratdığı yeni reallıqlar fonunda YAP-ın qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi baxımından xüusi əhəmiyyət daşıyır. Bildirilib ki, Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər Azərbaycanın bundan sonrakı inkişafının əsas istiqamətlərini müəyyən edən mühüm siyasi mesajlardır.
Çıxış edən Milli Məclisin deputatı Nəsib Məhəməliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən ilk qurultay kimi mühüm tarixi əhəmiyyət daşıyır. O bildirib ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışı ölkəmizin keçdiyi tarixi yolun, əldə olunan Zəfərlərin və qarşıda duran strateji hədəflərin geniş mənzərəsini ortaya qoyub.
Tədbirdə çıxış edən YAP fəalları Azərbaycanın əldə etdiyi nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun məntiqi nəticəsi olduğunu bildiriblər. Vurğulanıb ki, bu siyasi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni reallıqlara uyğun şəkildə davam etdirilir.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Bəradər Səməndərli
"Atributinfo.az"
