![]()
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) əməkdaşı beynəlxalq kibertəhlükəsizlik yarışında birinci yerə layiq görülüb.
MKA-nın Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəhbəri Ceyhun Cəfərov Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən “CyberDSA 2026” tədbiri çərçivəsində təşkil edilən “Capture the Flag” (CTF) yarışında qalib olub. Yarışda 46 ölkədən kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.
İştirakçılara süni intellekt sistemlərinin təhlükəsizliyinin təmin edilməsi, zəifliklərin aşkarlanması və kiberhücumların qarşısının alınması ilə bağlı mürəkkəb praktiki tapşırıqlar təqdim olunub.
C.Cəfərov yarışın bütün mərhələlərində tapşırıqları uğurla yerinə yetirərək birinci yeri tutub.
