Sizin reklam burada
Sizin reklam burada
  • YAP Astara Rayon Təşkilatında müşavirə

     6 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyasının (YAP) Astara rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib. 


    "Atributinfo.az" xəbər verir ki, müşavirə iştirakçıları öncə YAP Astara rayon təşkilatının foyesində ulu öndər Heydər Əliyevin büstünün önünə tər güllər düzmüş və əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. 

    Tədbir ulu öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi və Dövlət himni səsləndirilməsi ilə başlayıb. 


    Müşavirəni giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin VIII Qurultaydakı nitqində müəyyənləşdirdiyi əsas istiqamətlər, partiyanın qarşısında duran yeni vəzifələr və idealoji işin müasir dövrün tələblərinə uyğun qurulmasının əhəmiyyəti barədə geniş nitq söyləyib.


    Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. 

    R. Mahmudov qeyd edib ki, qurultay partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, yeni hədəflərin qarşıya qoyulması və partiya üzvlərinin qarşısında duran vəzifələrin daha aydın şəkildə müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyasının gücü hər zaman xalqla sıx bağlılığında, dövlətçilik maraqlarına sədaqətində və qarşıya qoyulan hədəflər ətrafında vahid mövqedən çıxış etməsində olub. Bu gün Azərbaycanın qarşısında yeni imkanlar və yeni hədəflər var. Bu hədəflərə çatmaq isə yalnız əldə etdiyimiz uğurlarla kifayətlənməməyi, daim yenilənməyi, insanlarla daha yaxından işləməyi və ölkəmizin gələcəyi naminə hər birimizin üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməsini tələb edir.

       

    Çıxışlarda qurultay nümayəndələri professor Kamran Kazımov və Adil Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə əldə etdiyi mühüm siyasi, iqtisadi və sosial nailiyyətlərdən bəhs ediblər. 

    Bildirilib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib, dövlətçilik və milli həmrəylik daha da möhkəmlənib. 

    Müşavirə iştirakçıları vurğulayıblar ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayaraq dövlətçilik maraqlarının qorunmasına və Azərbaycanın inkişafına öz töhfəsini verib. Partiyanın VIII Qurultayında müəyyənləşdirilən yeni vəzifələr də bu siyasi kursun davamlılığının təmin edilməsinə xidmət edir.

       

    Tədbirdə Astara rayon təşkilatının qarşısında duran vəzifələr, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, əhali ilə işin daha da gücləndirilməsi və qarşıya qoyulan məqsədlərin yerli səviyyədə uğurla həyata keçirilməsi məsələləri müzakirə olunub. 

    Çxış edən partiya üzvləri Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursu dəstəklədiklərini, qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirak edəcəklərini bildiriblər.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ