İbrahim Cəfərov
AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor
Dəyərli dostlar, 11 fevral 2025- ci il saat 15:00 Bitki mühafizə və Texniki Bitkilər ETİ-də Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Fariz Ələkbərov mənim dəvətimlə instituta gəlmiş və aşağıdakı mövzular üzrə elmi işçilər qarşısında aşağıdakı tədqiqat nəticələrini onların diqqətinə çatdırmışdır:
MÖVZU1 : Buğdanın becərilməsinə dair Yaxşı Kənd Təsərrüfatı (GAP) yanaşmaları;
MÖVZU2 : Pomidorun becərilməsinə dair səmərəli İBM ( İPM) paketləri.
Qeyd etmək istəyirəm ki, həmkarımız, elmi dostumuz Fariz müəllim hər 2 mövzu üzrə tədqiqat materiallarını elmi işçilərin diqqətinə çatdırdı, tədbir 2 saat davam etdi, maraqla qarşılandı. Yeni ideya və təkliflərlə zəngin olan tədbirin sonu qarşılıqlı suallar və cavablarla yekunlaşdı. Dəyərli Fariz müəllimə dərin təşəkkürlərimi bildirirəm, belə tədbirlərin daha intensiv keçirilməsini dəstəkləyirəm. Hər kəsə uğurlar!
