Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Arzu Nağıyevdən Qovlarda vətəndaş qəbulu

    Bu gün 08.01.2025-ci il tarixdə 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirildi.
    "Atributinfo.az" xəbər verir ki, vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq və digər məsələlərlə bağlı oldu.
    Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.
    Həmçinin, Arzu Nağıyev tərəfindən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin üzvləri ilə görüş keçirildi, onları maraqlandıran suallara aydınlıq gətirildi.
    "Vətəndaş məmnunluğununun təmin olunması məqsədi ilə qəbullarımız davam edəcək.
    Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz", deyə "atributinfo.az" vasitəsilə deputat seçicilərə bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ