"Atributinfo.az" xəbər verir ki, Rayon İcra hakimiyyətinin başçısı Adil Əliyev qəsəbə sakinlərini salamlayaraq, rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən işlər haqqında, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib.
Həmçinin, Milli Məclisin deputatı Sevinc Fətəliyeva da qaldırılan bir sıra məsələlərə aydınlıq gətirərək ölkəmizin bu gün ev sahibliyi etdiyi COP29 tədbiri ilə bağlı fikirlərini bölüşüb. O, bildirib ki, bu tədbir ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada Azərbaycanın oynadığı fəal rolun dəyərləndirilməsidir.
Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onların həlli istiqamətində RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Bəradər Səməndərli
"Atributinfo.az"
