Nadir Zeynalov,
Bakı şəhəri 5 saylı Notariat Ofisinin notariusu
Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.
Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: - bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; - hədiyyə alanın əmlakı artır; - hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; - hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; - hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur.
Bu müqavilənin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.
Bağışlama müqaviləsində iki tərəf iştirak edir: Hədiyyə vеrən və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi; Hədiyyə аlаn və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi.
Qeyd edək ki, fəaliyyət qabiliyyəti olan şəxslər sərbəst şəkildə öz əmlaklarını və ya əmlak hüquqlarını başqa şəxsə bağışlaya bilər. Bu zaman bağışlanan əmlakın ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmaması əsas şərtlərdən biridir.
Fəaliyyət qabiliyyəti olmayan şəxslər özlərinin qanuni nümayəndələri vasitəsilə əmlaklarını bağışlaya bilərlər. Bu halda qanuni nümayəndələr müvafiq məsuliyyət daşıyırlar.
Fəaliyyət qabiliyyəti olmayan hədiyyə alan şəxs qanuni nümayəndənin iradəsindən asılı olaraq hədiyyəni qəbul edə bilər. Yəni qanuni nümayəndə hədiyyənin qəbul edilməsini qadağan etmişsə hədiyyə əldə edilmir.
Daşınar əşyalar hədiyyə verən tərəfindən hədiyyə alana verildikdə bağışlama etibarlı sayılır.
Daşınmaz əşyalar və ya həmin əşyalara hüquqlar, həmçinin rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyalar bağışlandığı hallarda, müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin müqavilə müvafiq rəsmi reyestrdə qeydə alındıqdan sonra hüquqi qüvvəyə malik olur.
Daşınmaz əmlakın bağışlanması zamanı zəruri olan sənədlər aşağıdakılardır:
1. Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd.
2. Əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış.
3. Mülkiyyətçi nikahdadırsa, onun nikah haqqında şəhadətnaməsi.
4. Daşınmaz əmlakın bağışlanmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı.
5. Müvafiq mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı.
6. Tərəflər arasında qohumluq münasibətlərini təsdiq edən sənədlər (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının vеrdiyi sənədlər) və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi.
Tələblərin və digər hüquqların bağışlanması zamanı onlar qanunvericiliyin tələblərinə uyğun yazılı surətdə keçirildikdə bağışlama həyata keçirilmiş olur.
Hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Hədiyyə verən hədiyyə alana hədiyyə ilə əlaqədar dəyən zərər üçün məsuliyyət daşıyır. Belə ki, əgər zərərin hədiyyə verənin qəsdi və ya kobud ehtiyatsızlığı nəticəsində vurulması müəyyən edilsə, o, hədiyyə ilə əlaqədar dəyən zərərin əvəzini ödəyir.
Bağışlama müqaviləsi bağlanarkən hədiyyə verən hədiyyə alanın ondan əvvəl ölməsi halında bağışlanmış əşyanın geri qaytarılması, ilkin vəziyyətin bərpa edilməsi (restitusiya) hüququnu özündə saxlaya bilər. Torpaq sahələri və ya onlara əşya hüquqları bağışlanarkən bu cür restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. Bağışlama müqaviləsi şifahi, sadə yazılı formada və notariat qaydasında təsdiq edilməklə bağlana bilər.
Bağışlama müqaviləsinin şifahi formada bağlanması daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə baş verir. Bağışlama müqaviləsi üzrə hədiyyə verən daşınar əşyanı hədiyyə alana verməklə, hədiyyə alan isə həmin əşyanı qəbul etməklə öz rəftarları ilə əqdi bağlamaq iradələrini icra edirlər. Lakin nəzərə almaq lazımdır ki, yalnız rəsmi reyestrlərdə qeydə alınması tələb olunmayan əşyaların bağışlanması haqqında müqavilə şifahi formada bağlana bilər. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların (mülki silahların, avtomobillərin, kiçik həcmli gəmilərin, mülki aviasiya hava gəmilərinin və s.) bağışlanması haqqında müqavilə isə notariat qaydasında təsdiqlənməlidir.
Qeyd edək ki, hədiyyə alan hədiyyəni qəbul edənədək hədiyyə verən istədiyi vaxt onu geri götürə bilər.
Vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə və ya vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər.
İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.