Sizin reklam burada
Sizin reklam burada
  • Deputatlığa namizəd Məşhur Məmmədovun seçicilərlə daha bir görüşü keçirildi

    "Seçicilərlə təbliğat-təşviqat xarakterli görüşümüzün növbəti ünvanı Qızılavar kənd Ağsaqqallar klubunun binası oldu. Qızılavar, Dəlləkoba kəndlərinin seçiciləri ilə səmimi ortamda görüş baş tutdu."
    Bunu "atributinfo.az"a eksklüziv açıqlama verən 74 saylı Masallı Şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən sentyabrın 1-də ölkəmizdə keçiriləcək növbədənkənar seçkilərə namizədliyi irəli sürülmüş və VI çağırış Milli Məclisin deputatı olmuş Məşhur Məmmədov deyib. O, əlavə edib ki, Parlament seçkiləri Seçicilər Yeni dövrə Yeni Azərbaycan Partiyası ilə getməkdən məmnunluğunu ifadə etdilər. Millət vəkilindən gözləntiləri onların səslərinin əlaqədar yerlərə çatdırılmasıdır:
    "Milli Məclisin VI çağırış deputatl olduğum zamanlarda da seçicilərlə görüş və səlahiyyətim daxilində onların probleminin həllinə dəstək hər zaman mənim üçün prioritet olub.
    Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin apardığı islahatlar nəticəsində rayonda aparılan quruculuq-abadlıq işlərindən məmnunluq ifadə edən seçicilərə gələcəkdə iqtisadi yüksəlişin daha da artacağını, qeyri-neft sektoruna artırılan diqqət nəticəsində regionların sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşacağından bəhs etdim. Sonda bir daha seciciləri fəal olmağa, layiq bildikləri namizədə səs verməyə səslədim".- Məşhur Məmmədov deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ