Sizin reklam burada
Sizin reklam burada
  • Saatlıda rəhbərlik tərəfindən şəhid Şahid Əhmədlinin anım tədbiri keçirilmişdir

    44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Saatlı rayonunun Qaracalar kəndindən olan Əhmədli Şahid Gülməmməd oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən üç il keçir.
    "Atributinfo.az" xəbər verir ki, bu gün Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, RİH-nin məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidimizin 3-cü ildönümü mərasimində iştirak ediblər. Şəhidimizin Qaracalar kəndində yerləşən məzarı ziyarət olunmuş, məzarı üzərinə gül dəstələri qoyulmuş, şəhidlərimizin ruhuna dualar oxunmuşdur. Daha sonra şəhidimizin 3-cü il dönümü ilə əlaqədar təşkil olunmuş mərasimdə iştirak edilmişdir. Şəhidimizin ailə üzvləri göstərilən diqqət və qayğı üçün ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə,birinci Vitse-prezident Mehriban Əliyevaya eləcə şəhidlərin anılmasında iştirak edən hərkəsə dərin təşəkkürlər etmiş və razılıqlarını bildirmişdir.
    Şahid Əhmədli 1992-ci il oktyabrın 17-də Saatlı rayonunun Qaracalar kəndində anadan olub. 2007-2010-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alib. 2010-2014-cü illərdə isə Heydər Əliyev adina Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
    Ailəli idi. 2 qızı yadigar qaldı.
    Azərbaycan Ordusunun baş leytenantı olan Şahid Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamani Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdəsavaşıb. Şahid Əhmədli oktyabrın 12-də Talış döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub. Saatlı rayonu Qaracalar kəndində dəfn olunub.
    Qəhrəmancasına şəhid olan Şahid Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan posta Azərbaycan bayrağı sancan igid olub.
    Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəșadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti llham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamina əsasən Şahid Əhmədli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısinda qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci tarixli Sərəncamina əsasən Şahid Əhmədli ölümündən sonra "Vətən uğrunda" medal ilə təltif edildi.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısinda qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Şahid Əhmədli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!
    Torpaqlarımızın azadlığı naminə müharibədə canı 44-ə fəda edən şəhidlərimizi hörmətlə anırıq!
    Ruhunuz şad olsun!

    /atributinfo.az/


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ