“Qarabağ” növbəti transferini gerçəkləşdirib.
Klubdan verilən məlumata görə, Polşanın “Qurnik” (Zabje) klubu ilə danışıqlar uğurla nəticələndikdən sonra Taofik İsmahil Azərbaycan təmsilçisinə keçib.
26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Nigeriyalı forvard “Qarabağ”da 19 nömrəli formanı geyinəcək.
Norveçdə “Şeyd”, “Fredrikstad”, “Volorenqa”, Fransada “Loryan”, Belçikada “Beveren”də çıxış etmiş hücumçu 2024-cü ildə “Qurnik”ə keçib. Afrikalı futbolçu “Lex”in də formasını geyinib.
