Sizin reklam burada
Sizin reklam burada
  • Britaniyada üç hava limanına kiberhücum: 8,7 milyon müştərinin məlumatları ələ keçirilib


    Böyük Britaniyanın üç böyük hava limanını hədəf alan kiberhücum nəticəsində təxminən 8,7 milyon müştərinin şəxsi məlumatlarına giriş əldə edilib.

    Bu barədə Mançester Hava Limanları Qrupu məlumat yayıb. Mançester, London Stansted və East Midlands hava limanlarını idarə edən qrup bildirib ki, hadisə zamanı sərnişinlərin təhlükəsizliyi və aviasiya təhlükəsizliyi heç bir mərhələdə risk altında olmayıb. Ödəniş və bank məlumatlarının da ələ keçirilmədiyi vurğulanıb.

    Məlumata görə, kiberhücum zamanı əldə edilən məlumatların böyük hissəsini sərnişinlərin hava limanı terminallarında “Wi-Fi” şəbəkəsinə qoşularkən təqdim etdikləri elektron poçt ünvanları təşkil edir. Bununla yanaşı, hava limanı sifarişləri ilə əlaqəli bəzi telefon nömrələri, avtomobillərin qeydiyyat nişanları və poçt indekslərinə də giriş əldə edilib. Kiberhücum Mançester, London Stansted və East Midlands hava limanlarında uçuş cədvəllərinə və terminal əməliyyatlarına təsir göstərməyib.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ