Azərbaycan Karate Federasiyasının Prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyevin rəhbərliyi ilə dənizkənarı ərazidə genişmiqyaslı texniki seminar baş tutub.
"Atributinfo.az" xəbər verir ki, ölkənin müxtəlif regionlarından 300-ə yaxın idmançı, məşqçi və qara kəmər sahibinin qatıldığı tədbirdə müasir məşq metodları və karate texnikasının sirləri bölüşülüb.
Saytmızın əməkdaşı ilə söhbətində Ülvi Quliyev bildirib ki, bu cür mötəbər idman tədbirlərinin təşkili ölkəmizdə karate idman növünün inkişafına, məşqçi-müəllimlərin və idmançıların texniki hazırlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verir. Əsas məqsəd vahid metodiki yanaşma ilə gənc karateçilərimizin peşəkarlığını artırmaq və ölkə idmanının inkişafına dəstək olmaqdır!
Bəradər Səməndərli
"Atributinfo.az"
