Sizin reklam burada
Sizin reklam burada
  • YAP Qax rayon təşkilatı tərəfindən şəhid Mirzəli Mirzəzadənin xatirəsi anılıb

    28 avqust 2026-cı il tarixdə  Qax rayon Cəlayir kəndində şəhidimiz Mirzəzadə Mirzəlinin anadan olmasının 24-cü ildönümündə xatirəsi anılıb.


    "Atributinfo.az" xəbər verir ki, Mirzəzadə Mirzəli Kamran oğlu 2002-ci il avqustun 28-də Qax rayonu Cəlayir kəndində anadan olub. İlk təhsilini Cəlayir kənd tam orta məktəbində alıb. Burda 9 – cu sinifi bitirdikdən sonra  Qax Peşə liseyində qaynaqçı peşəsinə yiyələnib.

    2020-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılıb . Xidməti dövrünü Bakıda N saylı hərbi hissədə keçib . 2022- ci ilin aprel ayında ehtiyata buraxılıb. Bir müddət sonra Kəlbəcər rayonunda  kiçik çavuş rütbəsi ilə xidmətə başayıb.

    2023-cü ilin sentyabrın 19-da Lokal   Antiterror  əməliyyatları zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə  şəhid olub. Ölümündən sonra   “3-cü dərəcəli Vətənə xidmətə görə” orden və “Vətən uğrunda” medalı ilə təltif edilib. Qax rayonunun Cəlayir kəndində dəfn olunub.

    Allah şəhidlərimizə rəhmət eləsin.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ