Sizin reklam burada
Sizin reklam burada
  • SAMUXDA MEYVƏ BAĞLARINDA FİTOSANİTAR MONİTORİNQ APARILIB

    Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Samux Rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin mütəxəssisləri ilə birgə Samux rayonunun Sərkar və Kolayır kəndlərində növbəti fitosanitar monitorinq keçirmişlər. Tədbir fermerlər Həqiqət Piriyeva və Elnur Sadıqova məxsus meyvə bağlarında zərərli orqanizmlərin yayılma dinamikasını müəyyənləşdirmək, fitosanitar riskləri qiymətləndirmək və vaxtında mübarizə tədbirlərinin həyata keçirilməsinə dəstək vermək məqsədilə təşkil olunmuşdur. Monitorinq zamanı məhsul itkilərinin minimuma endirilməsi və bitkilərin sağlam inkişafının təmin edilməsi əsas hədəflərdən biri olmuşdur.

    Sahə müayinələri zamanı ərik, şaftalı, gilas, alma, armud, gavalı, nar və üzüm bitkilərinə baxış keçirilmiş, onların fitosanitar vəziyyəti ətraflı qiymətləndirilmişdir. Baxış nəticəsində gilas ağaclarında kokkomikoz xəstəliyi və mənənə, alma bitkisində alma meyvəyeyəni, armudda armud meyvəyeyəni və monilioz (meyvə çürüməsi) xəstəliyi, gavalıda gavalı mənənəsi və ağ cırcırama, üzüm tənəklərində isə oidium (unlu şeh) xəstəliyi aşkarlanmışdır.

    Aşkarlanmış xəstəlik və zərərvericilərin kütləvi yayılmasının qarşısını almaq və məhsuldarlığı qorumaq məqsədilə mütəxəssislər tərəfindən fermerlərə inteqrə olunmuş mübarizə üsulları haqqında məlumatlar verilmiş, müvafiq aqrotexniki və kimyəvi mühafizə tədbirlərinə dair əməli tövsiyələr verilmişdir.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ