UEFA Çempionlar Liqasında liqa mərhələsinin püşkü atılıb.
Monakoda baş tutan püşkatma mərasimində Türkiyə təmsilçiləri “Qalatasaray” və “Fənərbağça”nın da rəqibləri bəlli olub.
“Sarı-qırmızılılar” İspaniyanın “Barselona”, Fransanın PSJ, İngiltərənin "Aston Villa", Portuqaliyanın "Sportinq", Niderlandın "Feyenoord", Fransanın "Lill", Almaniyanın "Ştutqart" və Yunanıstanın AEK komandaları ilə qarşılaşacaq.
“Fənərbağça”nın rəqibləri isə İspaniyanın “Atletiko Madrid” və “Vilyarreal”, İngiltərənin “Liverpul” və “Aston Villa”, İtaliyanın “Roma”, Ukraynanın “Şaxtyor Donetsk”, Çexiyanın “Slaviya Praqa” və Avstriyanın LASK klubları olacaq.
Qeyd edək ki, liqa mərhələsinə sentyabrın 8-də start veriləcək.
