Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatını 8 medalla başa vurublar

    Azərbaycanın çimərlik güləşçiləri Bakıda keçirilən U-17 dünya çempionatında 8 medal qazanıblar.

    Kişilərdən ibarət yığmanın heyətində Elcan Həsənov (60 kiloqram) və Nihat Süleymanlı (80 kiloqram) dünya çempionu olublar.

    Finalda uduzan Əlirza Heybətli (60 kiloqram) və Elgün Kərimli (90 kiloqram) gümüş mükafata sahib çıxıblar. Tunar Quliyev (70 kiloqram) ilə Ruslan Vəliyev (80 kiloqram) isə 3-cü yeri tutublar.

    Qadınların mübarizəsində isə Rəna Nuriyeva (65 kiloqram) gümüş, Simurə Abdullayeva (75 kiloqram) bürünc medala layiq görülüb.

    Azərbaycan bu nəticə ilə komanda hesabında qadınlar arasında birinci olub. Kişilərdən ibarət komanda ikinci yeri tutub. İran birinci, Seneqal isə üçüncü olub.

    Qeyd edək ki, çimərlik güləşi üzrə U-17 dünya çempionatı “Sea Breeze” istirahət mərkəzində keçirilib.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ