Sizin reklam burada
Sizin reklam burada
  • Görən Xeyrulla müəllim yerindəmi?

    Xeyli vaxtdı Bakı Şəhər Baş yol Polis İdarəsinə yolum düşmür. Hərdən yadıma həmin idarədə işləyən poilis zabiti Xeyrulla müəllim yadıma düşür. Çünki o, öz cəsarəti, prinsipiallığı, dəqiqliyi və inadkarlığı ilə vətəndaşların, daha doğrusu, sürücülərin beyninə həkk olunub. Çünki bir neçə dəfə avtomobil sürücülərinin söhbətinə rast gəldikdə Xeyrulla müəllim haqqında dedikləri sözləri eşitdim. Onlar deyirdi ki, indiyə kimi analar bəlkə də belə oğul doğmayıb. O, insan o qədər işinə bağlı, komandirin tapşırığını canla-başla yerinə yetirir ki, adam məətəl qalır. Bu insan nə dosta, nə qohuma güzəştə belə getmir. Onunçün birinci növbədə Azərbaycan qanunları, Azərbaycan Konstitusiyasıdır. Gəlin, etiraf edək ki, polis zabitləri, məmurları, müdirləri çox azdır. Ona görə öz-özümə maraqlandım ki, görəsən Xeyrulla müəllim yerindəmi və sevdiyi işi davam etirirmi? Bununla əlaqədar olaraq, Bakı Şəhər Baş Yol Polis İdarəsinə getmək istədim və Xeyrulal müəllimi şəxsən görmək istədim. Lakin işin çoxluğundan vaxt eləyib gedə bilmədim. Ən yaxşısı fikirləşdim ki, zəng vurub məlumat alım. Zəng vurub məlumat aldım ki, bəli, Xeyrulla müəllim səhv etmirəmsə, dedilər 30-cu otaqda öz işini davam etdirir. Bu cavaba çox sevindim. Çünki Xeyrulla müəllim xalqı və rəhbərliyi üçün çox dəyərli və gəlirli bir insandır. Ona bu işində müvəffəqiyyətlər arzu edirəm.

    Qiyam ƏRŞADOĞLU
    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ