Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin bölmə rəisi
Anar Əsgərov söyləmişdir.
O, bildirmişdir ki, gənclərdə vətənpərvərlik hissinin formalaşmasında, onların cəmiyyətə yararlı vətəndaş kimi hazırlanmasında və digər mənəvi keyfiyyətlərə yiyələnməsində əsgəri xidmətin rolu böyükdür. Hərbi xidmət dövründə gənclər milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda, gələcəyin nümunəvi vətəndaşları kimi formalaşırlar.
"Hərbi xidmətə gələn gənclərin bacarıqlı, vətənpərvər əsgərlər kimi formalaşmasının təməli gənc əsgər hazırlığı dövründən başlanır. Bunun üçün də ordumuzda gənc əsgər hazırlığına yüksək diqqət göstərilir."- Anar Əsgərov demişdir.
Bəradər,
Zahir
"Atributinfo.az"
