Sizin reklam burada
Sizin reklam burada
  • Bu gün “Azərbaycanın Milli Qəhrəmanı” Fəxri adının təsis edilməsi günüdür

    Bu gün “Azərbaycanın Milli Qəhrəmanı” Fəxri adının təsis edilməsi günüdürAzərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur.
    "Atributinfo.az" bildirir ki,
    "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
    "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.
    "Azərbaycanın Milli Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir.
    Azərbaycan Respublikasında Azərbaycanın Milli Qəhrəmanları olan işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.
    İlk qəhrəmanımız
    İlk dəfə bu adı Məhəmməd Həsənov alıb. Məhəmmədin döyüş yolu Meşəli, Erkəc, Qaraçinar, Talış kəndlərindən keçib. Həmin döyüşlərdə Məhəmməd xeyli erməni quldurunu şəxsən özü məhv edib. 1992-ci ildə könüllü batalyonlar ləğv edildikdən sonra o, “N” saylı hərbi hissədə xidmətini davam etdirib. 1993-cü ildə Məhəmməd Bakı Ali Komandirlər Məktəbini bitirib. O, polkovnik-leytenant rütbəsinəcən yüksəlib. 2002-ci ildən Goranboy rayonunun Veysi kənd orta məktəbində direktor vəzifəsində çalışır.
    Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Həsənov Məhəmməd Ələsgər oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
    Sonuncu Milli Qəhrəmanımız Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə məktəbi bitirən Çingiz Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil oldu. Daha sonra, 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollandı.
    Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman, ermənilərin pusqusuna düşdü və şəhid oldu. Nəticədə Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qaldı. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan tərəfinə təhvil verdi.
    2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.
    Hazırda Azərbaycanın 215 Milli Qəhrəmanından yalnız 18 nəfəri sağdır.

    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ