Sizin reklam burada
Sizin reklam burada
  • Deputatdan seçicilərlə növbəti görüş

    Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirov martın 12-də 68 saylı Cəlilabad kənd seçki dairəsinə daxil olan Uzuntəpə kəndində seçicilərlə görüş keçirmişdir.
    Bu barədə "Atributinfo.az"a açıqlama verən deputat köməkçisi Elmar Ağayev bildirmişdir ki, görüşdə şəhid atası Əlizamin Qənbərov və qazi atası Namiq Qənbərov, qazilər Əbülfəz Fərzəliyev, Ləyaqət Əliyev, Tacir Cəfərov, Ruhid İsayev, Emil Heydərov, Cavid Paşayev, Əhməd Şirəliyev, Əli Həsənov, Məhəddin Hüseynov, Fəqan Əliyev, Əliağa Əliyev, Əliqasımlı kənd sakini Nurəddin Abıyev, Uzuntəpə kənd sakinləri Rəhim Ağayev, Səmayə Hüseynova, Ceyhun İsayev, Sabir Qurbanov, Şahbaliyev Mürvət, Telman Xanəhmədov, Ramil Şahmarov, Əlövsət Mirzəyev, Ələddin Mirzəyev, Ceyhun Əliyev, Əliyev Tofiq, Səbuhi Abbasov, Rövşən Heydərov, Əhəd Əsədov, Əlizamin Əliyev, Ərəstun Abasov, Famil Cənnətov, Qərib Əliyev, Əfqan Mirzəyev, İlkin Hüseynov, Oqtay Tağıyev, Mehdi Cabbarov və Vahid Əliyev iştirak etmişdir. Görüş çərçivəsində şəhid ailələri, qazilər və kənd sakinləri onların sosial problemlərinin həlli istiqamətində göstərdiyi böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini ifadə etdilər.
    Görüş zamanı seçicilər örüş sahəsi problemi, məşğulluq, həyətyanı torpaq sahəsi, əlillik, mənzil təminatı ilə bağlı məsələləri dilə gətirdilər. Bəzi məsələlər yerindəcə öz həllini tapdı. Həllini tapmayan məsələlər ilə bağlı deputat Elman Nəsirov onların müsbət həlli istiqamətdə aidiyyatı üzrə müvafiq qurumlara müraciət edəcəyini bildirdi.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ