DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən yoxlamalar zamanı bəzi şəxslərin nəqliyyat vasitələrini müəyyən olunmayan yerlərdə, avtobus dayanacaqlarında, piyada səkilərində park etdikləri aşkarlanıb. Onlara törətdikləri qayda pozuntuları barədə məlumat verilib, bu kimi halların digər hərəkət iştirakçılarının da narazılığına səbəb olduğu izah edilib.
Həmin sürücülər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
