Qeyd edilir ki, bazar müxtəlif qiymətlərlə fərqli xidmətlər təklif edən müxtəlif onlayn həllərdən ibarətdir: “Xidmət təklifləri bazarında bir və ya iki ev xidmətləri həllinə diqqət yetirən və onları veb-səhifə və ya tətbiq vasitəsilə satan bir neçə ixtisaslaşmış şirkətlər var. Lakin əksər hallarda müştərilər xidmət təminatçısından və ya onun podratçılarından razı qalmırlar.
Əsas fərqimiz sadə və istifadəsi rahat onlayn platformanın yaradılması idi. Regionda qadınlara ev xidmətləri dəstəyində boşluq var. Evdar xanımların qayğıları demək olar ki 80%-i ev işləri ilə əlaqəlidir. Digər tərəfdən, işləyən insanlar ev işləri və digər işlərlə məşğul olmaq üçün nə vaxt, nə də keyfiyyətli xidmət tapa bilmirlər. Bizim ali məqsədimiz insanlara məişət problemlərini ən qısa müddətdə və ən sərfəli qiymətlə həll edə biləcək uyğun icraçını seçməkdə kömək etməkdir. Məqsədimiz istifadəsi asan, bütün cihazlarda əlçatan və minimum vaxt sərfi ilə sürətli şəkildə konseptuallaşdırmaqla insanlara onlayn platforma vasitəsilə məişət problemlərini həll etməyə kömək etməkdir. Platforma 24/7 xidmətlər və müştəri dəstəyi, seçim etmək üçün xidmət təminatçıları bazası və təqdim olunan xidmətin təhlükəsizliyi və etibarlılığı ilə dəyər qatacaq.” İZZİDONE.COM – Xidmətlər Sizə gəlir!
