Sizin reklam burada
Sizin reklam burada
  • YUBİLEYİNİZ MÜBARƏK, ÇİNGİZ MÜƏLLİM!

    YUBİLEYİNİZ MÜBARƏK, ÇİNGİZ MÜƏLLİM!Bu gün - 10 mart 2022-ci il Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, "Tərəqqi" medallı Çingiz Abbasovun 70 yaşı tamam olur. Çingiz müəllimin el oğulları ilə birlikdə Vətən torpaqlarının mənfur düşmənlərdən müdafiə olunmasında, ordumuzun silah-sursatla və digər lazım olan ləvazimatlarla təminatında misilsiz xidmətləri olmuşdur. Bu dəyərli ziyalının göstərdiyi xeyriyyə işlərini saymaqla bitməz. Görkəmli elm, dövlət xadimləri, torpaqlarımız uğrunda canını fəda edən şəhidlərimiz, ədəbiyyatçılar, el sənətkarları, istedadlı gənclər, idman veteranları və Tovuzun tanınmış el ağsaqqalları haqqında çoxlu sayda rəngli jurnal və kitabların dərc olunmasında öz maliyyə dəstəyini əsirgəməmişdir.
    Çingiz müəllim heç vaxt arxaya baxmaz. Daim qurub-yaratmaqla, insanlara kömək etmək məqsədilə irəliləyər, öz xeyriyyəçilik əməllərindən geri qalmaz. Xeyriyyəçilik onun həyatda başlıca amalıdır.
    Çingiz Abbasovu bu mübarək gün münasibətilə təbrik edir. Ona şərəfli həyat yollarını sağlam canla davam etdirməyi arzulayırıq.

    TXC adından hörmətlə: Ramiz Hümmətov

    Qeyd: Təbrikə "Atribut"un yaradıcı kollektivi adından mən-Bəradər Səməndərli də qoşulur, hörmətli dostum Çingiz Abbasova davamlı həyatını daha mənalı, daha faydalı, daha səmərəli və sağlıqlı yaşamasını, 100 illik Yubileyini bundan da təravətli keçirməsini arzulayıram!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ