Sizin reklam burada
Sizin reklam burada

Çimərlikdə bu dəfə “Prado” sürdülər - Video

Çimərlikdə bu dəfə “Prado” sürdülər - Video Bakı çimərliyində daha bir avtomobilin iştirakı ilə acınacaqlı mənzərə ortaya çıxıb.
Sözügedən görüntülərdə “Prado” markalı avtomobilin sürücüsünün maşını dənizin içərisində sürdüyü, bununla da vətəndaşların istirahətini pozduğu, həmçinin həyati təhlükə yaratdığı görünür.
Sürücü qayda pozarkən avtomobilinə sərnişin də mindirib. Yeniyetmə avtomobilin çöl tərəfində, ayaqlıq hissəyə çıxaraq dənizdə şou göstərib.
Qeyd edək ki, ötən ay çimərlikdə asayişi pozduqları üçün bir neçə sürücü cərimələnmişdi. Yol polisi xəbərdarlıq etmişdi ki, bu əməli törədənlər cəzalandırılacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ