Sizin reklam burada
Sizin reklam burada
  • Nəsib Məhəməliyev: «Qarabağın hər bir guşəsi xalqımız üçün əzizdir»

    Nəsib Məhəməliyev: «Qarabağın hər bir guşəsi xalqımız üçün əzizdir» "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, Qəhrəman Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi. 28 illik işğal dövründə Qarabağın incisi Şuşanı xarabalığa çevirən erməni vəhşiləri, çox yaxın zamanlarda tarixi-mədəni abidələri bərpa olunmuş, ən yeni texnologiyaların tətbiq olunduğu, yüksək standartlara cavab verən dünya səviyyəli gözəl bir şəhəri görəcəklər. Hörümçək toru kimi bütün dünyaya səpələnmiş diasporanın vasitəsilə, Pənahəli xanın əsasını qoyduğu şəhəri utanmadan özününküləşdirən ermənilərə və onların himayədarlarına ən gözəl cavab məhz budur. Dünya kimin kim olduğunu əyani şəkildə görəcəkdir".
    Millət vəkili qeyd edib ki, Şuşanın nəinki Azərbaycanın, eləcə də Türk-İslam dünyasının mədəniyyət-turizm paytaxtı olacağı şübhəsizdir:
    "Orada yaradılacaq infrastruktur ən müxtəlif mədəni-kütləvi, eyni zamanda siyasi tədbirləri keçirmək imkanı verəcəkdir. Qarabağın hər bir guşəsi xalqımız üçün əzizdir. Ancaq hər birimizin qəlbində özünəməxsus yeri olduğunu nəzərə alan ölkə Başçısı prinsipial olaraq Şuşanın bərpasına xüsusi diqqət göstərir. Şuşanın mədəniyyət paytaxtı elan olunması, Azərbaycan xalqı tərəfindən bunun rəğbətlə qarşılanması və ölkə Başçısına edilən minnətdarlıq hissi ən gözəl göstəricidir".

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ