YAP Səbail rayon təşkilatı bu aksiyada yaxından iştirak edir. Mart ayının 21-dən 29-dək keçirilən aksiyanın ilk günündə YAP Səbail rayon təşkilatının könüllü gəncləri rayon ərazisində yaşayan tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkmiş, onlara koronavirusdan qorunma və sağlamlıqlarının müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırmaqla xəstəlikdən qorunma üsullarını izah etmişlər.
Könüllü gənclər Səbail rayonu ərazisində bu aksiyanı gələcək günlərdə də davam etdirəcək, rayonun aztəminatlı sakinlərinə baş çəkəcək və onlara gigiyenik vasitələri təqdim etməklə maarifləndirmə işlərini davam etdirəcəklər.
