Sizin reklam burada
Sizin reklam burada
  • Dünyanın mənzərəsi “Kəlamlar” güzgüsündə

    Dünyanın mənzərəsi “Kəlamlar” güzgüsündə
    Hacı Fərhad Mirzədən ibrətlər

    “Bu gün planetimizdə baş verən ictimai-siyasi proseslər, xüsusən bəşərin daha böyük tərəqqisinə istiqamətlənmiş addımlar bir daha sübut edir ki, beynəlxalq aləmdə mütərəqqi qüvvələrin sözü daha keçərli, qərarları daha kəsərlidir. Biz son illər bu məntiqin təsdiqini daha tez-tez görürük. Hegemonluq edənlər taxtdan salınır, qanunsuzluğu qanun kimi, haqsızlığı həqiqət kimi qəbul etməyə çalışanlar əliboş qalır, özgə torpaqlarına göz dikənlər çoxsaylı problemlərlə, kiminsə malına, əmlakına qənim kəsilənlər aclıq və səfalətlə üzləşməli olurlar. Artıq dünya miqyasında ən ali tribunadan etiraf edilir ki, özünü haqqın, ədalətin tərəfdarı kimi göstərən bir çox dövlət başçıları və siyasətçilər əslində haqdan, ədalətdən, demokratik dəyərlərdən tamamilə uzaqdırlar. Zaman onları təkcə qınamır, həm də cəzalandırır. Bununla yanaşı, beynəlxalq aləmdə böyük məmnunluqla təqdir olunmalı hadisələr də bir-birinin ardınca insanlarda inam və ümid yaradır”.
    Hacı Fərhad Mirzə


    Azərbaycanın görkəmli mütəkəllimi, “Kəlamlar”ın yaradıcısı, filosof Hacı Fərhaddan əbəs yerə sitat gətirmədik. Məşhur əsəri ilə beynəlxalq aləmdə Azərbaycan elmini, mədəniyyətini və məfkurəsini uğurla təbliğ və təmsil edən həmyerlimiz əslində həmin kitabda bütün məsələlərə önc\əgörünliklə işıq salıb.
    Dünyanın qarmaqarışıq bir dövründə yadıma məhz Hacı Fərhadın “Kəlamlar” əsəri düşdü. Və kitaba götürüb yenidən nəzərdən keçirəndə, fikirləşdim ki, ilahi, əgər həmin əsərdə lakonik dildə deyilənlərə əməl olunsa, onda dünya gerçəkdən cənnətə çevrilər.
    Kəlam söyləmək bacarığı Allahın bəndəsinə xüsusi lütfünün əlamətlərindəndir. Bu bacarığı (yəni, kəlam söyləmək bacarığını) söz sahiblərinin idrak səhifəsinə Tanrı nəqş edir. Yalnız Allahın lütf və tövfiqinin rəhbərlik etdiyi adam kəlam söyləyə bilər. Qurani-Kərimdə buyurulub: “Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər” (Əl-Bəqərə surəsi, ayə 269).
    Hacı Fərhad kəlamlarının birində deyir: “Ey insanlar! Dünya evi bir gəmi, qəza günü qiyamət, son mənzil isə məhşərdir. O gün, gəmi titrəyən gündə hamı anadan yetim və yoxsul doğulmuş körpəyə bənzər, arxalandığınız və fərəhləndiyiniz şeylər buz təki əriyər və məhv olar. Yalnız o gün sizin qiymətiniz əməlləriniz olacaq və kimi bununla nicat tapacaq, kimi isə əbədi əzaba düçar olacaq. Qorxun o olacağına heç bir şübhə olmayan bir gündən və bir-birinizi yaxşı işlər görməyə dəvət edin. Yaxşı işdən daha gözəl nə ola bilər?! O, həm rahatlıq, həm də sizə uzun ömür bəxş edər. Allah yaxşı iş görənləri sevər və bu işdə onlarla olar”.
    Dünyanın mənzərəsi “Kəlamlar” güzgüsündə
    Bəli, XXI əsrtərəqqi əsridir. Eyni zamanda bu əsr öz statistik göstəriciləri ilə də bizi heyrətə gətirir. Hər gün 800 milyon insan ac qalır. Afrikada 30 milyon QİÇS xəstəsi var. Hər il on dil ünsiyyət vasitəsi olmaqdan çıxır, intihar edərək ölənlərin sayı müharibədə ölənlərin sayını üstələyir. Başqa heyrətləndirici misallar da var: Keniyada bir ailənin gəlirinin üçdə biri rüşvətə xərclənir. 150-dən çox ölkədə insanlar işgəncələrə məruz qalırlar, yaxud Botsvanalı qadınların orta yaşı 39-dur.
    Hacı Fərhad müsahibələrindən birində deyir: “Bəşər övladının “mənəm-mənəmliyi” haçan bitib-tükənib ki? Firondan tutmuş Hitlerədək, Topal Teymurdan tutmuş Səddam Hüseynədək yada salmaq kifayət eylər. Bir diktatorun sonu digərinə dərs olmur. Elə çağdaş dünyamızda nə qədər diktatorlar, despotlar fəaliyyət göstərir.
    Əsrlər boyu insanlığı insanlardan uzaqlaşdıran, onları parçalayan, yanğınlar törədən, insanlığa qarşı düşmənçilik mövqeyi tutan məhz siyasətçilər olublar. Onlar hegemonluq, dikbaşlıq, dünya malına və vəzifəyə hərislik, vəzifə düşkünlüyü, hökmranlıq eşqilə yaşayan insani xislətli və ya şeytanın yer üzərində olan nümayəndələridir.
    Hələ qədim zamanlardan bu günə qədər qarət olunan, qurban verilən, dilənçi halına salınan, dağılan ailələr, zorlanan qadınlar, şəhid edilən övladlar, günahsız, dinc insanlar məgər siyasətçilərin qurbanları deyillər? İndiyədək hansı siyasətçi ağbirçək anaların, qadınların göz yaşlarını silib onların dərdlərinə şərik olublar və ya kömək əllərini uzadıblar?
    Dünyanın mənzərəsi “Kəlamlar” güzgüsündə
    Mən deyərdim ki, onlar xəstə düşüncəli insanlardır. Həyat başlanğıc və nəticədir. Nəticəni görməmək həyatdan məhrum olmaq deməkdir və ya ruhi xəstəlikdir. Ölüm haqdır. Necə ki, cinayətkar məhkəmədə, tələbə imtahanda, onlar isə ölüm yatağında peşmançılıq çəkəcək və əbədi əzaba düçar olacaqlar”. Müqəddəs kitabımızda söylənilir: “Biz insanlara əzab vermərik. Onlar özləri özlərinə əzab verənlərdir”.
    Kəlam:
    Xalqdır dövlətin ağası, varı,
    Xidmətdə olmalı padşahı, malı.
    Görən bir iş varsa padşah, ya qarı,
    İnsanlıq naminə işlər olmalı.
    Amerika və Avropanın dünyaya “demokratiya dərsi” keçməsi barədə isə Hacı Fərhad belə deyir: “Gedin və kafirlərə deyin: bəlkə onlar bir milçək yaratsınlar? Yox, yarada bilməzlər. Bəlkə o milçəyin onlardan apardığı bir şeyi ondan alsınlar? Xeyr, ala bilməzlər. Milçək çox acizdir, onlar isə milçəkdən daha çox acizdirlər”.
    Kəlam: “Nadan siyasətçilər yanğın törədər və onu söndürməyə tələsməzlər. Yanğın sönəndən sonra onun külü ilə oynayarlar”.
    Bu günün dövlət başçılarının əksəriyyəti İsgəndərlər, Süleymanlar, Mehmetlər, Sezarlar, Şah İsmayıl Xətailər, Çingizxanlar, Şah Abbaslar roluna girmək, özlərini onlara oxşatmaq istəyirlər. Halbuki bu sərkərdələrin əqidəsi onların əqidəsi ilə tərs mütənasibdir.
    Hər bir dövlət başçısının və yaxud ali sərkərdənin bünövrəsi haqq-ədalət, sevgi üzərində qurulmalı, xalqına böyük məhəbbət, vətəninə sədaqət, yüksək atalıq hissi olmalı, xalqla ailəsi arasında fərq qoymamalıdır.
    Unutmamalıyıq ki, hər bir yaranmışın özünəməxsus qanunları olduğu kimi, bəşər övladının da Yaradan tərəfindən müqəddəs kitablarda qanunu əks olunub. İnsanlar işləyib ərsəyə gətirdiyi qanunlar müqəddəs kitablarda təsdiq olunmadığı halda anarxiya yaranır. Bu da demokratiyaya ziddir. Müqəddəs kitabda söylənilir: “Biz Yerləri və Göyləri yaratdıq. Onların arasında nə varsa sizə tabe etdik, hətta Günəşi də, Ayı da. Onlar təyin olunmuş xətt üzrə hərəkət edirlər”. Və ya “Yalnız məndən qorxun və mənə tabe olun”.
    Demokratiya hər bir dövlətin əsası olmalıdır. Yəni ali demokratiya həm dövlət, həm də xalq tərəfindən yüksək qayğı və tələbin nəticəsidir. Demokratiya zülmə və haqsızlığa qarşı ədalət sipəridir. Demokratiya xalqın hökmlü istək və arzusudur. Onu zalım və azğın tayfa sevməz, anlamaz.
    Kəlam:
    Sərkərdə olubdur meydana pərdə,
    Həyat səhnədirsə, ona nə pərdə?
    Şeytan olubdur meydana varis.
    Qan, fəsad törədər arada kafir,
    Qoyun sürüsünü qoruyan çoban
    Sonra dönüb olar yırtıcı heyvan.

    Bəradər Səməndərli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ