Sizin reklam burada
Sizin reklam burada
  • Tanrıverdi müəllim, təbrik edirik!

    Tanrıverdi müəllim, təbrik edirik! “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri, biologiya elmləri namizədi Tanrıverdi Qiyas oğlu Mustafayevin doğum günüdür.
    Bu münasibətlə onu “Atribut”un yaradıcı kollektivi adından ürəkdən təbrik edir, uzun və mənalı ömür, möhkəm can sağlığı, ailə səadəti, fəaliyyətində yüksək uğurlar bol şanslar arzulayıram. Hörmətli dostumuzun doğum günü Yeni ilin ilk iş günlərinə təsadüf etdiyindən fürsətdən istifadə edərək T.Mustafayevi yaxınları, əzizləri ilə bahəm yeni il münasibətilə də təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər diləyirəm. Arzu edirəm yeni il xalqımız üçün düşərli olsun və işğal altındakı torpaqlarımız yağı düşməndən təmizlənsin. Biz də dostumuz T.Mustafayevin növbəti doğum gününü doğulduğu Qərbi Azərbaycanın Çölkənd kəndində bahəm keçirək, inşallah! 100 yaşa Tanrıverdi müəllim!

    “Atribut”un yaradıcı kollektivi adından
    baş redaktor Bəradər Səməndərli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ