1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iki gün sonra isə Naxçıvana gedən qeyrətli vətən oğlu-Heydər Əliyevi minlərlə insan böyük məhəbbət və ümidlə qarşıladı. Həmin vaxt Naxçıvan son dərəcə acınacaqlı vəziyyətdə idi. Belə bir vaxtda, Heydər Əliyev Naxçıvana qayıdaraq xalqın əsl nicatına çevrildi. Saatlı rayonunda yerli “Dönüş” qəzetinin şöbə müdiri Fəxrəddin Ağamirzəyev Naxçıvana gedərək ulu öndər Heydər Əliyevlə görüşməyə nail olmuş, xalqı maraqlandıran sualları ona ünvanlamışdır. Bu o vaxtlar idi ki, xalqların qanını axıdaraq yaranmış Sovet imperiyası, elə yarandığı kimi xalqların qanını axıdaraq çökürdü. Yaranmış mürəkkəb vəziyyətdən məharətlə istifadə edən iri güclərin əlində qanlı balta olan Ermənilər Azərbaycan torpaqları hesabına özlərinə vətən qazanmış və indi də onu, Qarabağ torpaqları hesabına böyüdərək “Böyük Ermənistan” xülyasına düşmüşdülər.
1918-ci ildə oynadıqları rollarını məharətlə təkrar edirdilər. “SSRİ qanunvericiliyi ilə nəzərdə tutulmuş silahlı dəstələrin və hərbiləşdirilmiş birləşmələrin yaradılmasının qadağan edilməsi, həmçinin əhali tərəfindən silahın qanunsuz saxlandığı hallarda onun məcburi geri alması haqqında” xeyli gecikmiş fərman hüquqi nöqteyi-nəzərdən mükəmməl deyil, icra mexanizmini də özündə əks etdirmirdi. Ölkədə və ayrı-ayrı regionlarda real vəziyyəti nəzərə almırdı. Ancaq hər halda, Azərbaycan ictimayyəti sülh və sabitliyə bəslədiyi ümidləri bu fərmana bağlayır və güman edirdi ki, SSRİ prezidentinin qərarı hərtərəfli əməli tədbirlərlə möhkəmləndiriləcək. Təssüf ki, belə olmadı. SSRİ rəhbərliyi silahın könüllü təhvil verilməsi üçün ayrılmış müddəti, Ermənistan rəhbərliyinin müraciəti ilə əlaqədar uzatmağı qərara aldı. Lakin Azərbaycan xalqına məlum deyildi ki, nəyə görə Erməni ekstremistlərinə bu qədər güzəştlər edilirdi ?
Jurnalist Fəxrəddin Ağamirzəyevin ilk sualı:
- Silahı dəstələrə qarşı SSRİ prezidentinin fərmanının vaxtı uzadılsada, nəhayyət fərman verildi. Lakin bizə məlum deyil ki, nəyə görə Erməni ekstremistlərinə bu qədər güzəştlər edilir.
- Mənə də məlum deyil. Ancaq, eyni zamanda, (acı-acı gülümsəyir) məni təəccübləndirən məsələ odur ki, bu böyüklükdə ölkənin prezidenti fərman verir, 15 gün o fərmanın icrasına vaxt qoyur. Ermənistan Respublikasında bu fərmanın əlehinə qərar qəbul olunur və Ermənistan Respublikasının Ali Soveti qərara alır ki, SSRİ prezidentinin fərmanı Ermənistanda qüvvədə olmamalıdır. SSRİ prezidenti də buna laqeyid yanaşır. Belə halda prezidentin qərarının tamamilə gücsüz olduğu aşkar görünür: “SSRİ adlı qanlı imperiya artıq əsarəti altında saxladığı xalqlara qarşı qərəzli qərarlar qəbul edirdi. Öz xalqlarını süni surətdə münaqişəyə çəkir, varlığını bu yolla qorumağa və yenidənqurma adı altında Türk dilli respublikaları məhv etməyə çalışırdı. Bu zərbələrin ən ağırı isə Azərbaycan xalqının qismətinə yazıldı...
Sovet rəhbərliyi, öz qanuni haqqını tələb edən Azərbaycan xalqını 1990-cı il 20 yanvar gecəsi qanına qəltan elədi. Lakin xalqın iradəsini və mətanətini sındıra bilmədi, onu daha da mətinləşdirdi, özü çökdü...
SSRİ xüsusi xidmət orqanları bu çöküşdən faydalanıb I Pyotrun vəsiyyətini həyata keçirmək uğrunda var qüvvəsi ilə çalışırdı. Əbədi arzusu Şimali Azərbaycanı xəritədən silmək olan qonşu İranda Azərbaycan vətəndaşları arasında etnik münaqişələr yaratmaq uğrunda çox ciddi cinayyətlərə əl atdı. Bu səbəbdən XX əsrin sonunda ölkəyə iradəsiz, idarəetmədən bixəbər şəxslər rəhbər təyin edilirdi. Onların bacarıqsızlığı, səriştəsizliyi ağır nəticələrə gətirib çıxartdı. Ölkə daxilində iqtisadi islahatlar aparılmamış, əksər müəssisələr fəaliyyətini dayandırmış, əhalinin maddi durumu pisləşmiş, siyasi arenada hərc-mərclik və özbaşınalıq baş qaldırmışdır. Cənubda qondarma “Talış Muğan Respublikası”, Şimalda “Sadval”çıların “Ləzgistan” xülyaları, Qarababağda erməni işğalı, Gəncədə Sürət Hüseynovun başçılıq etdiyi silahlı qiyamçıların əməlləri ölkənin ərazi bütövlüyünə, suverənliyinə ciddi təhlükə yaratmışdır. Ölkə xaousun məngənəsində idi. Belə çətin vaxta xalqın ümidi uca yaradana və birdə Heydər Əliyevə idi. Xalq düzgün, ağıllı yol seçdi. Dünya şöhrətli siyasi xadim, müdrik dövlət adamı Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi. 1993-cü ilin iyunun 9-da xalqın təkidi ilə Heydər Əliyev vəziyyətin gərgin olduğu Bakıya gəldi. On minlərlə vətəndaş Binə hava limanına axın edərək öz müdrik xilaskarını qarşıladı. 1993-cü il iyun ayının 15-də xalqın qətiyyətli istəyi gerçəkləşdi. Heydər Əliyev Azərbaycan Respublikasının Milli Məclisinə sədr seçildi. 1993-cü il oktyabr ayının 3-də xalqın böyük dəstəyi ilə Prezident seçilən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 10 il müddətində (1993-2003) neçə-neçə qərinəyə sığmayan son dərəcə böyük işlər gördü. Bəli, Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytardı. Müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi son dərəcə məsuliyyətli və şərəfli missiyanı yüksək səviyyədə yerinə yetirdi.
Azər Zeynalzadə
Yasamal rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi
İstifadə edilmiş mənbələr:
- “Heydər Əliyev və Müsəqillik yolları” – Bakı, 1997
- Zərifə Rzaqulu qızı Quliyevanın “Heydər Əliyev İrsi” Bakı, 2023.
- Azərbaycan KP Saatlı rayon komitəsi və Saatlı rayon Xalq Deputatları Sovetinin icraiyyə komitəsinin orqanı olan “Dönüş” qəzetinin 23 avqust 1990-cı il nömrəsi.
