Bu gün - 14 sentyabr 2026-cı il tarixdə YAP Qax rayon təşkilatının, eləcə də rayon ictimaiyyətinin birgə iştiraki ilə Şəhidlər Xiyabanında şəhid Tağızadə Bəhruzun anadan olmasının 27-ci ildönümündə xatirəsi anılıb.
"Atributinfo.az" xəbər verir ki, Tağızadə Bəhruz Azər oğlu 14 Sentyabr 1999-cu ildə Qax şəhərində anadan olub. 2005-ci ildə Qax şəhər 2 saylı məktəb-liseyin birinci sinfinə gedib və 9-cu sinfi həmin məktəbdə bitirib. Daha sonra təhsilini Qax şəhər 5 saylı tam orta məktəbdə davam etdirib. 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini bitirdikdən sonra Şəki Regional Mühafizə idarəsində mühafizəçi kimi işləyib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Cəbrayılın, Füzulinin, Hadrutun və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Bəhruz Tağızadə 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı "Vətən uğrunda", 18.12.2020-ci il tarixli Sərəncamı ilə "Cəsur döyüşçü", 29.12.2020-ci il tarixli Sərəncamı ilə "Şuşanın azad olunmasına görə" medalları və 25 iyun 2026-cı il tarixli sərəncamı ilə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
17 noyabr 2020-ci ildə Qax şəhər “Şəhidlər Xiyabanında” dəfn olunub. Allah şəhidlərimizə rəhmət eləsin.
Bəradər Səməndərli,
Zahir Məmmədov
"Atributinfo.az"
