Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub


    Bakıda Azərbaycanın Müdafiə Nazirliyi ilə Pakistanın Müdafiə Qüvvələri Qərargahı arasında “Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.

    Müdafiə Nazirliyindən  verilən məlumata görə, nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkənin müdafiə qurumları arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Görüşün protokolu imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim olunub.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ