Mövzu ilə bağlı Milli Məclisin deputatı Cavanşir Paşazadə açıqlama verib.
"Hesab edirəm ki, Psixiatriya yardımı haqqında qanuna edilən son dəyişikliklər ilk növbədə vətəndaşların hüquqlarının daha etibarlı qorunmasına və bu sahədə hüquqi mexanizmlərin təkmilləşdirilməsinə xidmət edir."
Deputat qeyd edib ki, dəyişikliklər psixiatriya xidmətlərinin daha peşəkar, şəffaf və məsuliyyətli şəkildə həyata keçirilməsini təmin etməklə yanaşı, həm xidmət göstərənlərin, həm də xidmət alan vətəndaşların hüquq və vəzifələrini daha dəqiq müəyyənləşdirir.
"Bu gün psixi sağlamlıq cəmiyyət sağlamlığının ayrılmaz hissəsidir. Ona görə də bu sahədə qanunvericiliyin müasir tələblərə uyğun təkmilləşdirilməsi olduqca vacibdir. İnanıram ki, qəbul olunan dəyişikliklər xidmətlərin keyfiyyətinin yüksəlməsinə, vətəndaş məmnunluğunun artmasına və insan hüquqlarının daha etibarlı təmin olunmasına müsbət töhfə verəcək,"-deyə C.Paşazadə fikirlərini tamamlayıb.
