Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə oldu.
Keçirilən görüşlər bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq Avropa üçün yalnız etibarlı enerji tərəfdaşı deyil, eyni zamanda regionun təhlükəsizliyi, nəqliyyat-logistika imkanları, yaşıl enerji və iqtisadi əməkdaşlıq baxımından strateji əhəmiyyətə malik dövlətdir.
Almaniya kimi Avropanın aparıcı ölkəsi ilə siyasi dialoqun güclənməsi, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi, biznes dairələri arasında yeni əməkdaşlıq imkanlarının yaradılması ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini göstərir.
Bu səfər həm də Azərbaycanın milli maraqlara söykənən müstəqil və balanslı xarici siyasət kursunun uğurlu nəticələrinin növbəti təsdiqi kimi qiymətləndirilə bilər. İnanıram ki, əldə olunan razılaşmalar yaxın illərdə konkret iqtisadi layihələrə və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsinə çevriləcək.
