Bunu deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, Slovakiya-Azərbaycan arasında dostluq münasibətləri günbəgün daha da gücləndir:
"Bizim siyasi təmaslarımız müntəzəm alır. Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. 2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir;
Bu gün Slovakiya Qarabağın bərpasında fəal iştirak edir.Slovakiyanın Qarabağın bərpası prosesinə maraq göstərməsi iki ölkə arasında formalaşmış dostluq və tərəfdaşlıq münasibətlərinin göstəricisidir. Avropa ölkəsi kimi Slovakiyanın texnologiya, infrastruktur və müxtəlif sənaye sahələrində əldə etdiyi təcrübə Azərbaycanın quruculuq layihələri üçün mühüm imkanlar yaradır. Qarabağda aparılan bərpa işləri geniş sahələri əhatə edir. Buraya yol-nəqliyyat sisteminin yenidən qurulması, enerji təminatının yaradılması, yaşayış komplekslərinin inşası, məktəb və xəstəxanaların tikintisi, tarixi-mədəni abidələrin bərpası daxildir. Bu prosesdə beynəlxalq tərəfdaşların iştirakı Azərbaycanın əməkdaşlığa açıq siyasətinin nəticəsidir".
Deputat vurğulayıb ki, Slovakiya ilə əməkdaşlıq xüsusilə müasir texnologiyaların tətbiqi, yaşıl enerji, şəhərsalma və innovativ həllər baxımından perspektivli istiqamətlərdən biri hesab olunur:
"Qarabağda həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələri yeni nəsil inkişaf modelini nümayiş etdirir və xarici tərəfdaşlar üçün geniş imkanlar açır. Bundan əlavə hər iki ölkə arasında iqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır. Nümayəndə heyətlərinin üzvləri də bu gün və sabah - daim təmasdadırlar.
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri bundan sonra da iki ölkə arasında münasibətlərin münasibətlər uğurla inkişaf edəcəyindən xəbər verir. Çünki hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir.Məhz ona görə də iki ölkə arasında son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır".
