Sizin reklam burada
Sizin reklam burada
  • “Forum Azərbaycanın orta güc olduğunu bir daha göstərdi” – Deputat

    “Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumununda çıxışı və sual-cavab sessiyası müxtəlif istiqamətləri əhatə edirdi. Azərbaycan tarixindən tutmuş, yaxın tariximiz, eyni zamanda, ölkəmizin keçdiyi yol, müstəqillik dövrünün çətinlikləri və 44 günlük müharibədə əldə etdiyimiz qələbə və digər mövzular diqqətdə oldu”.

    Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə Komitəsinin sədri Arzu Nağıyev deyib.

    Deputat bildirib ki, bütün bu məqamlar fonunda əsas məqsəd Azərbaycanın regional siyasətini, Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işlərini, eləcə də beynəlxalq auditoriya ilə birbaşa ünsiyyəti ön plana çıxarmaq idi.

    “Eyni zamanda Azərbaycanın daxili və xarici siyasətində prioritet istiqamətin ərazi bütövlüyümüz, ərazi bütövlüyümüzün qorunması və hər bir Azərbaycan vətəndaşının rifahı ilə bağlıdır. Forumun mövzusu “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” idi. Cənab Prezident çıxışında həm regional, həm də beynəlxalq məsələlərə toxundu. Əsas mesajlar da sülh və regional münasibətlər, Azərbaycanın regionda uzunmüddətli sülhün tərəfdarı olduğunu, qarşılıqlı etimadın və dialoqun vacibliyi barədə fikirlərin səsləndirilməsi idi. Burada təbii ki, medianın rolunu da cənab Prezident qeyd etdi. Dezinformasiyanın, informasiya müharibəsinin artdığı şəraitdə, peşəkar və məsuliyyətli medianın həqiqətin çatdırılmasında mühüm rol oynadığını bildirdi. Bu, forumun əsas mövzusu ilə birbaşa uzlaşan cavablar idi”, - A.Nağıyev söyləyib.

    Deputat əlavə edib ki, Prezident Azərbaycanın beynəlxalq mövqeyi, Azərbaycanın xarici siyasəti, regional əməkdaşlıq və beynəlxalq təşkilatlarda təmsilçilik məsələlərinə də toxundu. O cümlədən BMT Təhlükəsizlik Şurasında islahatlar və inkişaf etməkdə olan ölkələrin daha geniş təmsilçiliyinə dair fikirlərini səsləndirdi.

    “Şuşanın beynəlxalq platforma kimi təqdimatı da çox mühüm əhəmiyyət kəsb edirdi. Cənab Prezident də bu məsələni məhz iştirakçıların diqqətinə çatdırdı. Prezident Şuşa Qlobal Media Forumunu Azərbaycanın dünyaya açıq dialoq platforması kimi xarakterizə etdi. Qarabağda aparılan bərpa quruculuq işlərinin beynəlxalq media nümayəndələrinə birbaşa təqdim edilməsinin əhəmiyyətini vurğuladı. Eyni zamanda Azərbaycanın qonşuluq siyasəti, Amerika Birləşmiş Ştatları və digər beynəlxalq səviyyədə özlərini artıq təqdim etmiş güc mərkəzləri və digər istiqamətlərdə cənab Prezident öz fikirlərini söylədi, ölkəmizin mövqeyini ortaya qoydu.

    Deputat bildirib ki, Azərbaycan tarixi, xarici və daxili siyasəti, beynəlxalq səviyyəli görüşlər, 44 günlük müharibədə qələbə və təbii ki, Azərbaycan xalqının sülhün bərqərar olması istiqamətində atdıqları addımlar dövlət başçısının çıxışında əsas istiqamətlər idi:

    “Bir sözlə, Qlobal Media Forumu Azərbaycanın orta gücə malik bir dövlət olduğunu bir daha ortaya qoydu və bu potensiala sahib olmasını bir daha göstərdi. 53 ölkədən 160-dan çox iştirakçının bu foruma qatılması onun əhəmiyyətini göstərir. Forumun məhz Şuşada keçirilməsi də çox mühüm bir addımdır. Yəni Azərbaycan müharibədə döyüşdüyü kimi, qələbə əldə etdiyi kimi Ali Baş Komandanın rəhbərliyi ilə eyni zamanda, dinc quruculuq işlərini də yüksək səviyyədə həyata keçirir”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ