Cavanşir Paşazadə
Milli Məclisin deputatı

Qardaş Özbəkistan Respublikasında keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumunda Azərbaycan nümayəndə heyətinin tərkibində, həmkarım, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev ilə birlikdə iştirak etməkdən böyük məmnunluq duyuruq. Nümayəndə heyətimizə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri rəhbərlik edir.
“Sülh, tolerantlıq və maariflənmə yolu” mövzusuna həsr olunmuş forum müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələrini, parlament üzvlərini, alimləri, din xadimlərini və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirərək İslam sivilizasiyasının zəngin mənəvi və elmi irsinin təbliğinə mühüm töhfə verdi.
Forumda Şeyxülislam Allahşükür Paşazadə həzrətləri geniş və dərin məzmunlu çıxış edərək İslamın sülh, mərhəmət, qarşılıqlı hörmət və maariflənmə dini olduğunu vurğuladı, dinlər və mədəniyyətlər arasında dialoqun əhəmiyyətindən bəhs etdi. Şeyxülislam həzrətləri, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını və xoş arzularını forum iştirakçılarına çatdırdı.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında həyata keçirilən uzaqgörən dövlətçilik siyasəti ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırmış, iqtisadi inkişafı, milli həmrəyliyi, multikultural dəyərləri və sivilizasiyalararası dialoq modelini daha da möhkəmləndirmişdir. Eyni zamanda, Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə qardaş Özbəkistan genişmiqyaslı islahatlar, iqtisadi yüksəliş, tarixi-mədəni irsin qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə etmişdir.
Hər iki dövlət başçısının xalqlarının rifahına, milli maraqların qorunmasına və türk dünyasının birliyinə xidmət edən siyasəti Azərbaycan ilə Özbəkistan arasında münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəltmişdir. Bu münasibətlər bütövlükdə türk dünyasında həmrəyliyin, qarşılıqlı dəstəyin və qardaşlığın daha da möhkəmlənməsi üçün möhkəm zəmin yaratmışdır.
Forum çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin dinlərarası dialoqun, sülhün və mənəvi dəyərlərin təşviqinə verdiyi müstəsna xidmətlər yüksək qiymətləndirilərək ona Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev tərəfindən ölkənin ən yüksək mükafatlarından biri olan “El-yurd hurmati” (“El-Yurd Hörməti”) ordeni təqdim olundu. Bu yüksək təltif, eyni zamanda, Azərbaycan ilə Özbəkistan arasındakı qardaşlıq və qarşılıqlı ehtiram münasibətlərinin növbəti parlaq təzahürü kimi böyük rəğbətlə qarşılandı.
Daşkənddə, həmçinin Şeyxülislam həzrətlərinin həyat və fəaliyyətinə, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafına və türk-islam həmrəyliyinə həsr olunmuş “Qardaşlıq və Müttəfiqlik Zirvəsi” kitabının təqdimatı keçirildi. Təqdimat iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı
Səfər çərçivəsində qədim Buxara şəhərinə səfər də xüsusi mənəvi əhəmiyyət daşıyırdı. Buxara təkcə Özbəkistanın deyil, bütün türk-islam dünyasının elm, mədəniyyət və mənəviyyat mərkəzlərindən biridir. Bu şəhər Şeyxülislam Allahşükür Paşazadə həzrətləri üçün də əziz və doğma məkandır. Şeyxülislam həzrətləri vaxtilə Buxaradakı Mir Ərəb Mədrəsəsində təhsil almış, burada zəngin dini və mənəvi biliklərə yiyələnmişdir.
Səfər zamanı Şeyxülislam həzrətləri Mir Ərəb təhsil ocağında müəllim və tələbələrlə səmimi görüşlər keçirdi, uzun illərin dostları və onların ailə üzvləri ilə bir araya gəldi. Bu görüşlər böyük səmimiyyət və qarşılıqlı ehtiram şəraitində keçərək mənəvi bağlılığın, elmə və müəllimə sədaqətin gözəl nümunəsinə çevrildi. Şeyxülislam həzrətlərinin Buxarada böyük hörmət və məhəbbətlə qarşılanması onun beynəlxalq nüfuzunun, türk-islam dünyasında qazandığı yüksək etimadın və ömür boyu sülhə, dinlərarası dialoqa və mənəvi dəyərlərin təbliğinə həsr etdiyi fəaliyyətinin bariz təzahürü idi.
Buxarada şahidi olduqlarımız bir daha təsdiq etdi ki, elm, mənəviyyat və qardaşlıq sərhəd tanımır. Azərbaycan ilə Özbəkistan xalqlarını bir-birinə bağlayan münasibətlərin əsasında təkcə dövlətlərarası əməkdaşlıq deyil, həm də əsrlərdən gələn ortaq tarix, mədəniyyət, mənəvi dəyərlər və insanlar arasında formalaşmış səmimi dostluq dayanır.