Sizin reklam burada
Sizin reklam burada
  • Trampın Ukrayna müharibəsini bitirəcək gücü varmı? – AÇIQLAMA

    ABŞ prezidenti Donald Tramp iyulun 8-də Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski və Suriya prezidenti Əhməd əş-Şaraa ilə görüşəcək. Tramp Zelenski ilə mühraibənin başa çatdırılması yollarını müzakirə edəcək. Daha sonra onun Rusiya prezidenti Vladimir Putinlə danışması nəzərdə tutulur.

    Maraqlıdır ki, Trampın bu görüşləri Ukrayna müharibəsinin bitməsinə yol aça bilərmi?

    Mövzu ilə bağlı deputat Arzu Nağıyev öz fikirlərini Atributinfo.az-la bölüşüb.

    Onun sözlərinə görə, Ukrayna və Rusiya arasında müharibənin sona çatması bir neçə istiqamətdə baş verə bilər:

    “Birinci Rusiyanın qələbəsi, ikinci Ukraynanın qələbəsi, üçüncü dondurulmuş münaqişə, digəri də uzun sürən müharibənin davamı ola bilər. Yəni, bütün bu proseslərdə hərənin öz marağı var. Əsas məqam ondan ibarətdir ki, müharibənin başa çatması yalnız Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın iradəsindən asılı deyil. Davamlı sülhün əldə olunması üçün bunu həm Rusiya, həm Ukrayna istəməli və bugünkü ərazi bütövlüyünə uyğun olaraq razılaşma ortada olmalıdır. Bu səbəbdən əksəriyyət hesab edir ki, hətta yüksək səviyyəli görüşlər baş tutsa belə, onların ən real nəticəsi dərhal yekun sülh sazişi deyil, danışıqlar prosesinin yenidən başlanması və yaxud olan danışıqların canlanması ola bilər”.

    Deputatın fikrincə, diplomatik baxımdan bugünkü görüş əhəmiyyətli ola bilər. Ancaq bu görüşlə, qeyd etdiyim kimi, telefon danışığından Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi qısa müddətdə başa çatdırmağı real görünmür. Artıq çox dərinə gediblər.

    “Bir neçə vilayəti artıq intensiv şəkildə Rusiya atəşə tutur. Əgər Vladimir Zelenski və yaxud Putin birbaşa dialoq qura bilsə, müəyyən qədər irəliləyiş ola bilər. Hər hansı bir vasitəçi ilə nəticə əldə olunmur. Yadınızdadırsa, Türkiyədə də, Avropada da danışıqlar gedirdi və ciddi bir nəticə əldə olunmadı. Atəşkəsin şərtləri və sanksiyalar var. Hələ də bunlar hamısı həll olunmamış qalır. Humanitar məsələlərdə müəyyən addımlar atılır, lakin mövqelər indiyədək bir-birindən ciddi şəkildə fərqlənib”, – deyə müsahibimiz qeyd edib.

    Deputat hesab edir ki, Trampın potensial töhfəsi əsasən aşağıdakı istiqamətdə ola bilər:

    “Tərəflər arasında birbaşa danışıqların bərpasına vasitəçilik edə bilər. Mərhələli və müddətsiz atəşkəs rejiminə razılaşmanı təşviq edə bilər. Humanitar məsələlərdə, o cümlədən əsir mübadiləsi və mülki əhalinin müdafiəsi üzrə razılaşmalar əldə oluna bilər. Amerika Birləşmiş Ştatlarının diplomatik və siyasi təsirindən istifadə edərək kompromis axtarışının sürətlənməsinə çalışmaq ola bilər.

    Bu gün keçiriləcək hər hansı görüş demək deyil ki, bu gün məhz danışıqlar başlasa, hər hansı bir ciddi addım atıla bilər”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ