İran İslam Şurası Məclisinin sədri ölkəmizə səfərə gəlib
Siyasət
Bugün, 11:12
8
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində İran İslam Şurası Məclisinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi