Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri ölkəmizə səfərə gəlib
Siyasət
24-06-2026, 11:06
31
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin sədri Ziya Öztürkler Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində ŞKTC sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi