Sizin reklam burada
Sizin reklam burada
  • Aqil Məmmədov: Azərbaycan uğurlu inkişaf strategiyasına malikdir

    Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantılarının açılış mərasimində çıxışı Azərbaycanın inkişaf strategiyası və qarşıda duran əsas hədəflərdən ətraflı bəhs etdi. Sözsüz ki, Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi potensialının və çoxtərəfli əməkdaşlıq siyasətinin növbəti mühüm göstəricisi hesab edilir. Bu mənada daha bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan ilə İslam İnkişaf Bankı arasında formalaşmış qarşılıqlı etimadın, səmərəli tərəfdaşlığın təzahürü kimi qiymətləndirilir.

    Bu sözləri Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Aqil Məmmədov deyib.

    O qeyd edib ki, Prezident İlham Əliyev bu mötəbər tədbirin açılış mərasimində çıxışında ölkəmizin müstəqillik dövründə keçdiyi inkişaf yolu, həyata keçirilən islahatlar, beynəlxalq əməkdaşlıq əlaqələri, regional təhlükəsizlik məsələləri və gələcək inkişaf prioritetləri öz əksini tapıb:

    “Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın dayanıqlı inkişaf modelinin əsas istiqamətlərini və qarşıdakı dövr üçün strateji hədəflərini aydın şəkildə ortaya qoyub. Azərbaycan ilə İslam İnkişaf Bankı Qrupu arasında mövcud olan uğurlu əməkdaşlıq münasibətləri yüksək qiymətləndirilir. Azərbaycanın ikinci dəfə İllik Toplantılara ev sahibliyi etməsi tərəflər arasında mövcud olan sıx əməkdaşlığın və qarşılıqlı etimadın göstəricisidir. İslam İnkişaf Bankı tərəfindən ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinə, enerji sektorunun inkişafına, kənd təsərrüfatının modernləşdirilməsinə və regional inkişaf proqramlarına verilən dəstək Azərbaycanın sosial-iqtisadi tərəqqisinə mühüm töhfələr verib.

    Ölkəmizin başçısı da çıxışında Azərbaycanın müstəqillik əldə etdikdən sonra keçdiyi mürəkkəb və eyni zamanda uğurlu inkişaf mərhələsinə də geniş toxunulub. Vurğulanıb ki, müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi müharibə, işğal, iqtisadi böhran və siyasi qeyri-sabitlik kimi ciddi problemlərə baxmayaraq, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə davamlı sabitlik təmin olunub. Məhz siyasi sabitlik, iqtisadi inkişaf və sosial rifahın yüksəldilməsi Azərbaycan modelinin əsas sütunlarını təşkil edib. Bu amillər ölkəmizin beynəlxalq nüfuzunun artmasına və regionun aparıcı dövlətlərindən birinə çevrilməsinə şərait yaradıb”.

    YAP təmsilçisi vurğulayıb ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyə də Prezidentin çıxışında xüsusi diqqət yetirilib:

    “Ölkəmizin müstəqil və balanslaşdırılmış xarici siyasəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Qoşulmama Hərəkatına uğurlu sədrliyi və müxtəlif beynəlxalq platformalarda fəal iştirakı ölkənin artan beynəlxalq nüfuzunun göstəricisidir.

    Dövlətimizin başçısı həmçinin son illərdə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində ciddi nailiyyətlər əldə olunduğunu da diqqətə çatdırıb. Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payının 70 faizdən çox olması həyata keçirilən iqtisadi islahatların effektivliyini nümayiş etdirir. Bununla yanaşı, qeyri-neft ixracının artırılması, innovativ istehsal sahələrinin inkişafı, rəqabətqabiliyyətli məhsulların istehsalının genişləndirilməsi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində işlərin davam etdirildiyi vurğulanıb.

    Prezident İlham Əliyev Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu da diqqətə çatdırıb. Ölkədə əlverişli biznes və investisiya mühitinin yaradılması, qanunvericilik bazasının təkmilləşdirilməsi və sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi nəticəsində son iyirmi il ərzində ölkə iqtisadiyyatına yüz milyardlarla dollar həcmində investisiyanın cəlb edildiyi bildirilib. Bu investisiyalar iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, yeni iş yerlərinin açılmasına və sosial rifahın yüksəlməsinə mühüm töhfə verib.

    Enerji təhlükəsizliyi və enerji diplomatiyası məsələləri də çıxışın əsas istiqamətlərindən biri olub. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu gün regionun və Avropanın etibarlı enerji tərəfdaşlarından biri kimi tanınır. Xəzər dənizinin zəngin enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması məqsədilə həyata keçirilən strateji layihələr nəticəsində ölkəmiz qlobal enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Hazırda Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayının 16-ya çatması ölkənin enerji sahəsindəki mövqeyinin gücləndiyini göstərir.

    Dövlət başçısı yaşıl enerji gündəliyinin əhəmiyyətini də xüsusi vurğulayıb. Bildirilib ki, imzalanmış müqavilələr əsasında 2032-ci ilədək Azərbaycanda 8 giqavat həcmində günəş və külək enerjisi istehsal gücünün yaradılması planlaşdırılır. Bu layihələr ölkənin enerji balansının şaxələndirilməsinə, ətraf mühitin qorunmasına, karbon emissiyalarının azaldılmasına və bərpaolunan enerji ixracı imkanlarının genişləndirilməsinə xidmət edir. Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi təşəbbüslər ölkənin dayanıqlı inkişaf məqsədlərinə sadiqliyini bir daha nümayiş etdirir.

    Nəqliyyat və logistika sektorunda əldə edilən uğurlar da çıxışda geniş şəkildə qeyd olunub. Prezident İlham Əliyev Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika mərkəzinə çevrildiyini bildirib. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı ölkənin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın müasir liman, dəmir yolu və avtomobil yolu infrastrukturu regionun nəqliyyat xəritəsində strateji mövqeyini daha da gücləndirib. Qarşıdakı dövrdə ölkə ərazisindən keçən yükdaşımaların həcminin iki dəfə artırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.

    Sosial siyasət sahəsində əldə olunan nailiyyətlər də dövlət başçısının çıxışında mühüm yer tutub. Son illər ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğun artırılması və sosial rifahın yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində yoxsulluq və işsizlik səviyyəsi təxminən 5 faizədək azalıb. Dövlət tərəfindən sosial infrastrukturun inkişaf etdirilməsi, təhsil və səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, insan kapitalının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir”.

    Aqil Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasına da toxunub:

    “Uzun illər ərzində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ciddi humanitar problemlərlə üzləşib, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Dövlət başçısı münaqişədən sonrakı dövrdə regionda davamlı sülhün və əməkdaşlığın bərqərar olmasının tərəfdarı olduğunu bir daha bəyan edib.

    Çıxışda azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə də ətraflı məlumat verilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir şəhərsalma prinsiplərinə uyğun olaraq yaşayış məntəqələri, nəqliyyat infrastrukturu, enerji sistemləri, təhsil və səhiyyə obyektləri inşa edilir. Bu məqsədlə dövlət tərəfindən milyardlarla dollar həcmində vəsait ayrılıb. Böyük Qayıdış Proqramının uğurla icrası nəticəsində artıq minlərlə vətəndaş öz doğma torpaqlarına qayıdaraq burada yaşayır və fəaliyyət göstərir.

    Prezident İlham Əliyev Azərbaycanın qarşıdakı dövr üçün inkişaf prioritetlərini də diqqətə çatdırıb. Bu prioritetlər sırasında qeyri-neft sektorunun inkişaf etdirilməsi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, kənd təsərrüfatının modernləşdirilməsi, yaşıl enerji layihələrinin həyata keçirilməsi və beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsi xüsusi yer tutur.

    Ümumilikdə, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərini əhatə edən mühüm proqram xarakterli çıxış k

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ