etmək məqsədilə ölkəmizə səfər edən Birləşmiş Ərəb Əmirlikləri nümayəndə heyətini, nümayəndə heyətinin rəhbəri olan BƏƏ Parlamentinin vitse-spikeri başda olmaqla qəbul etdim."
Bunu "atributinfo.az"a eksklüziv açıqlamasında Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Deputat əlavə edib ki, görüş zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı:
"Qonaqlara ölkəmizdə keçirilən tədbirin əhəmiyyəti barədə məlumat verildi, nümayəndə heyətinə Azərbaycanda olduqları müddətdə uğurlu fəaliyyət arzulandı.
Azərbaycan və BƏƏ arasında mövcud olan strateji tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyimizi ifadə etdik."- Cavanşir Paşazadə deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
