Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

    Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvaya səfəri zamanı Ankaranın Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstəyini bir daha təsdiqləyəcək və Cənubi Qafqazda sabitliyin əhəmiyyətini vurğulayacaq.

    Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə xarici işlər nazirinin iyunun 16–17-də Moskvaya nəzərdə tutulan səfəri ərəfəsində məlumat verib.

    Mənbənin sözlərinə görə, danışıqlar zamanı Hakan Fidan Cənubi Qafqazda sülh və sabitliyin həm Türkiyənin, həm də Rusiyanın maraqlarına xidmət etdiyini diqqətə çatdıracaq.

    Bundan başqa, Moskvada keçiriləcək görüşlər çərçivəsində tərəflər Yaxın Şərqdəki vəziyyət, ABŞ ilə İran arasında aparılan danışıqlar, Suriyadakı durum, eləcə də Türkiyə ilə Rusiya arasında ikitərəfli əməkdaşlıq da daxil olmaqla, aktual beynəlxalq məsələləri müzakirə edəcəklər.

    Mənbə qeyd edib ki, Türkiyə-Rusiya münasibətləri regional sabitlik və rifah baxımından mühüm əhəmiyyət daşıyır. Danışıqlarda ticarət, energetika, təhlükəsizlik və konsulluq sahələrinə dair məsələlərin ətraflı nəzərdən keçirilməsi planlaşdırılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ