Sizin reklam burada
Sizin reklam burada
  • Özbəkistan nümayəndə heyəti Gəncəyə səfər edib

    Özbəkistan Respublikasından olan nümayəndə heyəti Azərbaycan Respublikasına səfər edib. Səfər çərçivəsində qonaqlar ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə olublar.

    Heyətə Özbəkistan Parlamentinin senatoru, Özbəkistanın Xalq yazıçısı və Özbəkistan Yazıçılar Birliyinin sədri Sirojoddin Saidov rəhbərlik edib. Tərkibə Sirojoddin Saidov, onun həyat yoldaşı Mukhayyo Saidova, Nurboy Jabborov, Shaklo Khojieva, Gayrat Macidov – Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, Sherzod Irzayev və Ahmad Ergashev daxil olub. Azərbaycan tərəfindən şair, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin üzvü və qurumun beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu nümayəndə heyətini müşayiət edib.

    Qonaqları Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, həmçinin Aparatın Ərazi-təşkilat və ictimai-siyasi şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abuzər Zeynalov qarşılayıb.

    Əvvəlcə qonaqlar Nizami Gəncəvi Məqbərəsini ziyarət edib, dahi Azərbaycan şairinin məzarı önünə gül dəstələri düzüblər. Daha sonra onlar Mir Cəlal Paşayevin ev muzeyində olub, ədibin büstünü ziyarət edərək önünə tər çiçəklər qoyublar.

    Səfər çərçivəsində qonaqlar Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində olub, bölmənin sədri Xəzangül Hüseynova ilə görüş keçiriblər.

    Sonda Xan bağı istirahət parkında Azərbaycanın görkəmli şairi Nigar Rəfibəylinin heykəlini ziyarət ediblər.

    Özbəkistan nümayəndə heyəti Gəncəyə səfər edib













    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ