Sizin reklam burada
Sizin reklam burada
  • Sabah hava necə olacaq?

    Azərbaycanda iyulun 28-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.

    Havanın temperaturu gecə 22-25, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-60 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 22-27, gündüz 35-39, bəzi yerlərdə 40-41, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ